Şarl Mişelin İlham Əliyevə və Paşinyana zəng etməsinin PƏRDƏARXASI - ŞƏRH

Şarl Mişelin İlham Əliyevə və Paşinyana zəng etməsinin PƏRDƏARXASI - ŞƏRH

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycanda prezident seçkisindən dərhal sonra İlham Əliyevə zəng etməsi, dünən isə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışması Brüsselin liderlərin növbəti görüşünün təşkil etməsinə hazırlıqla bağlıdır”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

 

Politoloq bildirib ki, Şarl Mişel yaxın günlərdə İlham Əliyevlə Nikol Paşinyanı Brüsselə dəvət etmək istəyir:

 

“Almaniya kansleri Olaf Şoltsun Münxen Təhlükəsizlik Konfransında İlham Əliyev və Nikol Paşinyanla görüş təşkil etməsi Şarl Mişelin işinə yarıyıb. Münxendə liderlər Brüsseldə daha əvvəl əldə etdikləri razılaşmalara sadiq qaldıqlarını bildirdilər. Şarl Mişel Brüssel görüşünü təşkil etməyə çalışsa da, bunun hazırlıqlarını da sürətləndirməlidir. Yəni Brüssel müzakirəsi sadəcə görüş xatirinə olmamalıdır, hansısa nəticəyə köklənmək lazımdır. Aydındır ki, gələcək görüşdə liderlərin sülh sazişi imzalaması problematikdir. Ancaq Brüssel müzakirələrində müəyyən irəliləyiş əldə edilməsi vacibdir, ortaq bəyanatın qəbulu mümkündür. Çünki vəziyyəti yumşaltmağa ehtiyac var, müharibə heç kimin maraqlarına cavab vermir”.

 

Firuzə Əliyeva



 


OXŞAR XƏBƏRLƏR

Sərhədi pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı

Sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıql...

TƏBİB xəstələr üçün yeni təxliyə planı hazırladı

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir...

PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabr ayı üçün qəbul CƏDVƏLİ

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin oktyabr ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. &n...

Azad olunan ərazilərə səfər üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Sabah bu rayonun yaşayış məntəqələrində qaz olmayacaq

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsində qaz kəsiləcək.   Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Biləsuvar” qaz paylay...

Departament rəhbəri işdən çıxarıldı

Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Kvalifikasiyaların tanınması departamentinin direktoru işdən çıxarılıb.   Sf...