"Vaşinqton və Londonun bu məsələdə mövqeyi dəyişməyəcək" - ŞƏRH 

“ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbələri nəticəsiz qalıb. Vaşinqton və London hesab edirdi ki, zərbələrdən sonra husilər ticarət gəmilərinə hücumlardan imtina edəcəklər, ancaq bu baş vermədi”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib: 

 

“Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Münxen Təhlükəsizlik Konfransında Çinin xarici işlər naziri Van Yi ilə görüşdən sonra çinli həmkarıyla birgə keçirdiyi mətbuat konfransında Pekinin Tehrana təsir etməsini istəyib. Yəni Pekin Tehrana, İran hakimiyyəti isə husilərə təsir etməlidir ki, Qırmızı dənizdə ticarət gərmilərinə hücumlar dayandırılsın. Londonun Pekindən istəyi budur. Vaşinqtonun da Pekindən istəyi oxşardır”.

 

Politoloq qeyd edib ki, buna baxmayaraq, Pekin Tehrana təsir etmək fikrində deyil:

 

“Əksinə, Çin Rusiya ilə birgə ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbə endirmələrindən narazıdır. Rusiya və Çinin BMT-dəki nümayəndələri çıxışlarında Təhlükəsizlik Şurasının Yəmənə qarşı hərbi hücumlara icazə vermədiyini xatırladıblar”.

 

E.Şahinoğlu Vaşinqton və Londonun mövqeyinin dəyişməz olduğunu vurğulayıb:

 

“Husilərin durdurulması üçün bütün imkanlardan istifadə olunmalıdır. Vaşinqton və London Moskva və Pekinin istədiyi kimi bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəmirlər. Çünki Rusiya və Çin Təhlükəsizlik Şurasında səsvermədə husilərə qarşı güc tətbiqinə veto qoyacaqlar. 

 

ABŞ rəsmiləri İranın 2014-cü ildən başlayaraq husiləri raketlərlə təhciz etdiyini bildiriblər. Husilər ticarət gəmilərinə bu raketlərlə zərbələr endirirlər. Buna görə, Vaşinqton hesab edir ki, husiləri durdurmağın yollarından biri Tehrana təsir etməkdir. Tehranın husilərə təsir etmək fikri yoxdur. Halbuki, Qırmız dənizdə gərgin vəziyyət İranın ticarət tərəfdaşlarına da zərər verir. Bir çox ölkənin ticarət gəmisi Qırmız dəniz və Süveyş kanalından istifadə etmək istəmir. Bu da həmin gəmilərin daha uzun məsafə seçməsi ilə nəticələnir ki, bu yanacağın və ərzaq məhsullarının qiymət artımına səbəb olur”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR

Sabah bu ərazilərdə su KƏSİLƏCƏK - XƏBƏRDARLIQ!

Sabah Bakının Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlə...

"Azərbaycanda kiberdiplomatlar hazırlanacaq" - Osman Gündüz

Azərbaycanda kiberdiplomatlar hazırlanacaq.   Sfera.az xəbər verir ki, bu barədə  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat ...

Ana olmağa hazırlaşan aktrisa podiuma çıxdı - VİDEO

Türkiyənin məşhur aktrisası Pınar Deniz Paris Moda Həftəsi çərçivəsində təşkil olunan “L’Oréal Paris”in dəfiləsində iştirak edib. &nbs...

Zakir Həsənov pakistanlı generalla GÖRÜŞDÜ

General-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın ...

İyirmi altı il əvvəlki cinayətin CƏZASI: Qaradərili İmam EDAM EDİLDİ

ABŞ-də 1998-ci ildə törədilən qətlə görə edama məhkum edilən və Bonne Terre həbsxanasında cəza çəkən 55 yaşlı İmam Vilyams dünən yerli vaxtla saat 18:10-da qətl...

Türkiyədə ağır yol QƏZASI: Ölənlər və yaralananlar var

Türkiyənin İzmir vilayətində üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.   Sfera.az NTV-yə istinadən xəbər verir ki, hadisə Konya rayonund...