Osman Xaliyevə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Osman Xaliyevə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədri vəzifəsinin icrası müvəqqəti olaraq Osman Xaliyevə həvalə olunub.

 

Sfera.az xəbər verir ki, Osman Xaliyev 2021-ci ilin iyun ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

 

Bu təyinatadək o, həmin qurumda İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.

 

Osman Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.

 

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.

 

O.Xaliyev 2010-2012-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib. 2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

 

2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Vüsalə bu rəqsi ilə ağılları başdan aldı - VİDEO

Teleaparıcı Vüsalə Əlizadənin görüntüsü sosial şəbəkələrdə gündəm olub.   Sfera.az xəbər verir ki, o, aparıcısı olduğu verilişində etd...

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama...

Müsəlman ölkəsində matəm elan edildi

İranda Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışla əlaqədar Hörmüzqan vilayətində 3 günlük matəm elan edilib.   Sfera.a...

İstanbul üçün dəhşətli zəlzələ XƏBƏRDARLIĞI

Məlum olduğu kimi, aprelin 23-də Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ və afterşoklar İstanbul və ətraf vilayətlərdə...

Məktəbdə ən yaxşı oxuyanlar bu 6 BÜRCDƏN olur

Çalışqan və müvəffəqiyyətli tələbələr adətən gördükləri işlərlə diqqət çəkirlər. Sürətli öyrənmə və anlama qabiliyyətinə sahib olan bu tələbələr, pratik zəka il...

FAKTİKİ HAVA: Güclü külək əsib, şimşək çaxıb

Milli Hidrometeorologiya Xidmətinin aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşə...