Türkiyədə daha bir mədən çökdü

Türkiyədə daha bir mədən çökdü
 
Türkiyədə daha bir mədən ocağı çöküb.
 
Musavat.com-un məlumatına görə, hadisə Zonquldak əyalətinin Kilimli rayonunun Gedik adlanan ərazisində baş verib.  Uçqun mədənin 140 metr dərinliyində baş verib. Hazırda bir işçi mədəndə qalıb. İşçinin yerin altından çıxarılması üçün cəhdlər davam edir.
 
Çöküş özəl bir şirkətə aid kömür mədənində baş verib. İlkin məlumata əsasən, 140 metr dərinlikdə mədən işçilərinin işlədiyi yerdə tavan uçub. İki işçi qaçaraq xilas ola bilsə də, Mustafa Sarı adlı mədənçi yerin altında köməksiz qalıb. Xilasedicilər Mustafa Sarını mədəndən çıxarmağa çalışırlar.
 
Xatırladaq ki, noyabrın 19-da Siirt əyalətinin Şirvan rayonunda isə mis mədəni çökmüşdü. Nəticədə 6 işçinin cəsədi yerin altından çıxarılmışdı. Yerin altında qalan 10 işçinin axtarışları davam etdirilir. Mədənin çökməsinə, yağıntılar sonrası baş verən sürüşmə səbəb olmuşdu. Hadisə ilə bağlı cinayət işi açılıb, 6 nəfər saxlanılıb.


OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...