Dollar sabit qaldı, avro, türk lirəsi isə bahalaşdı

Dollar sabit qaldı, avro, türk lirəsi isə bahalaşdı

 

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 21 ilə müqayisədə dəyişməyərək 1,7091 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8108 manatdan 1,8166 manata qalxıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0265 manatdan 0,0268 manatadək bahalaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5059 manatdan 0,5095 manatadək artıb.

Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1089 manatdan 2,1349 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6871 manatdan 0,6850 manatadək azalıb.

 

 
 
 
 
 


OXŞAR XƏBƏRLƏR