\"Almaniya Cənubi Qafqazda sülhün əldə olunmasına dəstək verməyə HAZIRDIR\"

\

Almaniya Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün əldə edilməsinə fəal töhfə verməyə hazır olduğunu bildirir.

 

Sfera.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

 

“Mühüm regional təhlükəsizlik məsələlərin və Ermənistanla davam edən sülh prosesinin müzakirə olunacağı Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin rəhbərliyi altında iştirak edən Azərbaycan nümayəndə heyətini salamlayırıq. Almaniya ədalətli və dayanıqlı sülhə nail olmaqda hər iki ölkəni dəstəkləməyə hazırdır”, - o vurğulayıb.


OXŞAR XƏBƏRLƏR