Məmməd İsmayılın səhhətində problem yaranıb

Cəmiyyət
23:21 / 15.02.2024
14069
84 yaşlı görkəmli şair Məmməd İsmayılın səhhətində problem yaranıb.
Sfera.azxəbər verir ki, bu barədə publisist Bahəddin Həzi sosial şəbəkədə məlumat yayıb:
“Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq. Şairin halı pisləşib. Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti, dəstəyi lazımdır.
Bəli, türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxumuz var. Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir. Ziyalılar bu məsələni qaldırmalıdır, xəstə, yaşlı şairə kömək etməliyik”.