Avtobuslarda ödənişlə bağlı ŞAD XƏBƏR: "Bu, 3 dəfə sürətli olacaq"

Avtobuslarda ödənişlə bağlı ŞAD XƏBƏR:

​​​​​​Ümumiyyətlə Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil.

 

Sfera.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

 

Onun sözlərinə görə, bu avtobuslar yenilənməlidir: "Bundan başqa, 200-ə yaxın avtobus var ki, onların da nağdsız ödənişə keçirilməsi yaxın vaxtlarda təmin ediləcək. Amma bu da, problemi tam həll etmir".

 

O vurğulayıb ki, hazırda araşdırmalar aparılır.

 

"Yaxın vaxtlarda avtobuslarda bank kartları da daxil olmaqla bütün kartlarla ödənişi mümkün etmək üçün işləri yekunlaşdırılması gözlənilir. Keçid dövrü üçün QR-kodla ödəniş etmək üçün tətbiq yaradılıb. QR kod keçid həldir. Biz yaxın vaxtlarda bank kartları ilə ödənişin həyata keçirilməsinə nail olacağıq. Bunda da əsas məqsəd karla sürətli ödənişin təmin edilməsidir. Belə ki, bank kartları ilə ödəniş hazırkı “Bakıkart”la ödənişdən 3 dəfə sürətlidir", - A.Rzayev bildirib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imz...

Hindistan-Pakistan gərginliyi səngimir: "BMT öz rolunu oynaya bilmir"

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında vasitəçi olmağa hazır olduğunu açıqlayıb. Onun bu bəyanatı regionda sülhün mümkünlüyü məsələs...

Polad Həşimovun sevdiyi mahnı bu dəfə onun ruhuna səsləndi - DUYĞULU ANLAR - FOTOLAR/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun evində yadda qalan, duyğusal bir görüş baş tutub. Generalın sağlığında böyük sevgi ilə dinlədiyi &ld...

Varlanacaq 4 bürc - Pul sel kimi gələcək

Bu həftə ulduzlar onlar üçün yeni peşəkar üfüqlər açacaq bürcün dörd əlamətinə üstünlük verirlər.    Sfera.az-ın məlumatına görə, bu, təşəbbüsü ...

Azərbaycanın qonşuluq siyasəti - Normallaşma prosesi məqsədinə çatır

Cənubi Qafqazın əsas aktorlarından biri olan Azərbaycan geosiyasi baxımdan strateji bölgədə yerləşir. Beş ölkə ilə quru sərhədi olan Azərbaycan üçün qonşuluq mü...

Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı DETALLAR - VİDEO

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.   Sfera.az  Xəzər TV-yə istinadən&nbs...