Bakı həbsxanasında məhkum öldü

Hadisə
19:00 / 15.02.2024
8543
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Sfera.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Ülfət Baba oğlu Cəfərov dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.