Deputatlar istəklərinə nail oldular – Əmək haqqları artırıldı

Deputatlar istəklərinə nail oldular – Əmək haqqları artırıldı

Azərbaycanda gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlanıb.

Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23089714 manat xərclənəcək.

Bu, Azərbaycan parlamentinin "2017-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394780 manat baha başa gələcək. Parlamentə ayrılması nəzərdə tutulan vəsaitin 72,17%-i və yaxud 16664786 manatı əməyin ödənişi fonduna yönəldiləcək. Bunun isə 14,66%-i və yaxud 2443608 manatı deputatların əmək haqqının ödənilməsinə sərf olunacaq. Gələn il Milli Məclislə əməkdaşlıq edən ekspertlərə 270000 manat, parlamentin aparatında çalışan şəxslərə 2607336 manat, deputat köməkçilərinə 1365000 manat, Milli Məclisin İşlər İdarəsinin əməkdaşlarına 1513524 manat əmək haqqı ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gündür ki, bəzi millət vəkillərini əmək haqqlarının azlığından şikayət edərək dolana bilmədiklərini söyləmişdilər.

OXŞAR XƏBƏRLƏR

Evlənmək istəyənlər üçün yeni tələb: Əlavə sənədlər lazımdır

Azərbaycanda nikahın qeydə alınması üçün yeni sənədlər tələb olunur.   Sfera.az xəbər verir ki, qanunla müəyyən olunmuş qaydada qohum evliliklər...

“Paracetamol” tərkibli 2 dərman vasitəsi qüsurlu çıxdı - Geri çağırıldı

İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.   Bu barədə Sfera.az-a Mərk...

Zukerberq “şəxsi super zəka” yaradacaq: Süni intelekt strategiyası dəyişir

"Meta" şirkətinin Baş direktoru Mark Zukerberq süni intellekt sahəsində yeni strategiyasını açıqlayıb. “Şəxsi super zəka” adlanan bu yanaş...

FHN əhaliyə təkrar müraciət etdi

Fövqəladə Hallar Nazirliyi isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.   Sfera.az  müraciəti təqdim edir:   ...

Azərbaycanda daha bir zəlzələ oldu

Lənkəran-Lerik sərhəddində 3,5 bal gücündə zəlzələ qeydə alınıb.   Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysm...

Rusiya Suriya ilə yaxınlaşır - Görüş yaxşı nəticələnib

Moskvada keçirilən görüşdən sonra Suriyanın Xarici İşlər Naziri Əsəd Əl-Şeybani Rusiya ilə münasibətlərin yaxın gələcəkdə “əla istiqamətdə” inkişaf ...