Evlilik verilişinə qatılan Esmira Əsgərovanın ərini öldürdülər – VİDEO/FOTO

Evlilik verilişinə qatılan Esmira Əsgərovanın ərini öldürdülər – VİDEO/FOTO

Türkiyənin Konya şəhərində baş vermiş dəhşətli qətlin üstü açılıb.

Sfera.az NTV-yə istinadən xəbər verir ki, avtomobilinin içində tapılan şəxsin tapança ilə atəş açılaraq öldürüldükdən sonra yandırıldığı məlum olub.

İstintaq prosesi zamanı öldürülən 39 yaşlı Erdal Tursunun bir neçə qadınla evli olduğu öyrənilib. Həmçinin öldürülən şəxs haqqında fırıldaqçılıq iddiaları ortaya çıxmağa başlayıb.

Bir müddət əvvəl Konyaya gələn Erdal Tursun ilə Serbiyada tanış olduğu və aralarında ədavət olduğu ortaya çıxan Mehmet Anın da şəhərdə olduğunu öyrənən polis araşdırmasını bu istiqamətdə davam etdirib.

Mehmet Anın 31 yaşlı həyat yoldaşı Elanur Zümrüd A. ilə Erdal Tursunun münasibətdə olduğunu öyrənən polis əldə etdiyi dəlillərdən sonra Mehmet A., həyat yoldaşı Elanur Zümrüd A. və Mehmet Anın 35 yaşlı dostu Əli K.-nı saxlayıb.

Mehmet An ilkin ifadəsində "Erdal Tursunun arvadımla əlaqəsi vardı. Uşaqlarımın ondan olduğunu söylədi. İş birliyi bəhanəsiylə buraya çağırdım. Spirtli içki içdik. Avtomobilə oturanda tapança ilə atəş açdım. Sonra benzin töküb avtomobili yandırdım", - deyib.

Digər tərəfdən, öldürülən Erdal Tursunun 2013-cü ildə qatıldığı bir evlilik verilişində azərbaycanlı Esmira Əsgərova adlı qadınla dini nikaha girdiyi ortaya çıxıb.

 






OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...