Ailə üzvlərini öldürən Əhməd əvvəl də cinayət törədibmiş

Ailə üzvlərini öldürən Əhməd əvvəl də cinayət törədibmiş

Xətai rayonunda atasını, anasını, qardaşını, bacısını və bacısının 5 yaşlı uşağını balta ilə qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədov daha əvvəl də cinayət törədib.

 

Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

 

Bildirilir ki, Əhməd 15 yaşında bir nəfəri bıçaqlayıb.

 

Əldə etdiyimiz məlumata görə, sözügedən hadisə məktəbdə olub.

 

Hadisənin digər təfərrüatları məlum deyil.

 

Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

 


OXŞAR XƏBƏRLƏR