Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticəsini TƏSDİQLƏDİ - YENİLƏNDİ 4 + FOTO

Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticəsini TƏSDİQLƏDİ - YENİLƏNDİ 4 + FOTO

Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib.

 

Sfera.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.

 

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

 

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.

 

***

 

12:15

 

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun prezident seçkiləri bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

 

Sfera.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edəcək. (Report)

 

***

 

11:30

 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Konstitusiya Məhkəməsi Plenumunun iclasında çıxış edir.

 

Sfera.az xəbər verir ki, MSK sədri 7 nəfərin prezidentliyə namizədliyinin qeydə alındığını bildirib.

 

O, seçkiləri 72 nüfuzlu beynəlxalq təşkilat və 89 ölkədən 790 beynəlxalq müşahidəçinin izlədiyini qeyd edib.

 

M.Pənahov xatırladıb ki, 1000 məntəqədə veb-kamera quraşdırılıb: "Seçicilərin fəallığı 76,43 faiz olub".

 

MSK-nın qərarına əsasən, seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkarlanan 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilib və həmin seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb.

 

M.Pənahov bildirib ki, bu məntəqələrdə seçkinin nəticələrinin ləğv edilməsi ümumi nəticəyə təsir etməyib: "Hesab edirəm ki, Konstitusiya Məhkəməsi MSK-nın seçkilərin nəticələri ilə bağlı təqdim etdiyi sənədi təsdiq edə bilər".

 

***

 

11:15

 

Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Sona Salmanova Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.

 

Sfera.az xəbər verir ki, S.Salmanova bildirib ki, Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

 

***

 

11:03

 

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

 

Sfera.az xəbər verir ki, toplantıda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.

 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

 

İclasda məruzəçi hakim prezident seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

 

Bildirilib ki, MSK fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.


OXŞAR XƏBƏRLƏR

Səbinə Əliyeva BMT rəsmisi ilə mina problemini MÜZAKİRƏ ETDİ

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin...

Penaltiyə görə hakimi GÜNAHLANDIRDI: "Mənim üçün hər şey..." 

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının 1/4 finalında PSJ ilə matçın baş hakiminin oyunda səhv etdiyini deyib.   ...

Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə BURAXILDI

Aprelin 6-sı səhər saat 3 radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyin...

Aytən Səfərova ağır qəzaya düşdü - VİDEO - YENİLƏNDİ - 3

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.   Bu barədə TƏBİB-dən Sfera.az-ın&nb...

"Nikosayağı"nın qardaşından kövrək paylaşım: "Doğmam..." - FOTO

Hazırda həbsdə olan "Nikosayağı" kimi tanınan bloqer Nicatın qardaşı Nihat Mütəllimov qəzada ölən Ruslanla bağlı paylaşım edib.   Sfera.az ...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həy...