Azərbaycanla İran arasında münasibətlər müzakirə edildi
![Azərbaycanla İran arasında münasibətlər müzakirə edildi](https://sfera.az/photo/orginal/2024/02/13/1707769367_photo_2024-02-12_22-25-18.jpg)
Siyasət
00:10 / 13.02.2024
7398
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla ayrı-ayrılıqda görüşüb.
Sfera.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında məlumat yayılıb.
Bildirilib ki, görüşlərdə ikitərəfli münasibətlərdə son inkişaflar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.