90 yaşlı əkiz bacılar 81 ildən sonra qovuşdular - FOTOLAR

90 yaşlı əkiz bacılar 81 ildən sonra qovuşdular - FOTOLAR

90 yaşlı əkizlər bacılar, 1947-ci ildə valideynlərinin ölümündən sonra digər səkkiz bacılarından ayrılıblar. Onlar bir-birlərini də görmürlər. Keçən il keçirilən DNT testi sayəsində Andrea Lopez adlı qadınlardan biri gözlənilmədən bacısı Mauriliya Çavesin hələ də sağ olduğunu öyrənib.

Sfera.az bu inanılmaz hekayə haqqında yazır.
 

80 ildən artıqdır ki, əkiz bacılar həyatlarını ayrı-ayrılıqda qurublar: işləyib, evlənib, uşaqları olub. Daha sonra təqaüdə çıxan bacıların biri Veqasa, digəri Denverə köçüblər.
 

Emosional görüş zamanı bacılar sevincdən ağlayıblar.
 

"Kiçik bacım, daim səni görmək, yanımda olmağını çox istəyirdim. Səni görəndə çox sevindim. Heç nə edə bilmirəm, sadəcə ağlayıram və səni qucaqlayıram"- Lopez ispan dilində deyib.


Bacı həm də özünü dünyanın ən şanslı insanı kimi hiss etdiyini bildirib. O, bacısını bir daha görmək imkanının olacağını heç ağlına belə gətirməyib.
 

"Gözəl ailəm var, amma həqiqətən bacım üçün çox darıxırdım".


Demək olar ki, bütün həyatı boyu ayrı olmaqlarına baxmayaraq, bacılar arasında hələ də gülməli bir rəqabət qalıb. Onlar hələ də hansının ilk doğulduğu barədə mübahisə edirlər.

"Mən 6 dəqiqə böyüyəm”!-deyə Lopez təkid edir.


Yeri gəlmişkən, DNT testi sayəsində qadınlar hazırda 80-90 yaşlarında və sağ olan daha üç qardaş və bacısını da tapıblar. Yaşlarına baxmayaraq, onlar görüşmək və ünsiyyət qurmaq üçün ölkəni qarış-qarış gəzirlər.

Qardaşlardan biri Lopezi görmək üçün tezliklə Los-Ancelesdən Veqasa gəlib, dərhal da digər bacısının yanında qalmaq üçün Texasa gedib.


"Bu qədər illərdən sonra və belə bir yaşda bir-birimizi tapmağımız bir möcüzədir. Heç vaxt olmamaqdansa, belə yaxşıdır! İndi böyük ailəmiz yenidən bir araya gəldi”.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO

Trendyol Super Liqasında mövsümün başa çatmasına iki tur qalmış çempionluğunu rəsmiləşdirən “Qalatasaray” bu gün, 37-ci tur çərçivəsində “Gözt...

“Test imtahanının əleyhinə olmuşam” -Misir Mərdanov

"Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxır...

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Havaların dəyişkən keçməsi, davamlı yağış yağması məhsul əkilən bölgələrimizdə ciddi fəsadlara yol açıb. Quba və Qusar ərazisində yağan yağışlar əkin sahələrinə...

O, sadəcə bizim atamız deyildi…

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…   Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi. &nbs...

Azərbaycanlı əsilli rejissor Kann Festivalının əsas mükafatını qazandı - FOTO

İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.   Sfera.az bildirir ki, Azə...

Roma Papası erməni katolokisla təkbətək görüşdü

Bu gün Roma Papası XIV Leo Kilikiya Erməni Katolik Evinin katolikos-patriarxı Rafael-Petros XXI ilə təkbətək görüşüb.   Sfera.az xəbər verir ki,...