Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu - Hərbçimiz yaralandı + VİDEO

Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu - Hərbçimiz yaralandı + VİDEO

Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

 

Sfera.az xəbər verir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

 

Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

 

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

 

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

 

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

 


OXŞAR XƏBƏRLƏR

Zərdab sakinləri olan ata və qızı Kür çayında BATDI

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıb.   Sfera.az xəbər verir ki, hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən ...

Mina partlayışında xəsarət alaraq Yevlaxda xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti AÇIQLANDI

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu əməliyyata alın...

Aİ-nin komitə üzvləri Ağdam və Füzuliyə SƏFƏR ETDİLƏR - FOTO

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər.   Sfera.az xəbər veri...

Neftçalada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs SAXLANILDI - FOTO

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov sax...

Elçin Əmirbəyov Sloveniyaya işgüzar SƏFƏR ETDİ

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş tutub.   Sfera.az xəbər ve...

Ermənistan Ordusunun hərbçiləri yol qəzasına DÜŞDÜ - ÖLƏNLƏR VAR - YENİLƏNDİ

Ermənistanda hərbçilərin düşdüyü qəzada ölən və yaralananların sayı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin M...