“Azərbaycanla üçüncü müharibədən qorxursunuzmu?\" – Paşinyanın CAVABI 

“Azərbaycanla üçüncü müharibədən qorxursunuzmu?\

Ermənistanın baş naziri Nikol Paşinyanın Böyük Britaniyanın “The Telegraph” dərgisinə müsahibəsi Azərbaycanda da geniş müzakirə olunur. Paşinyan yenə müxtəlif müqavilələrdən danışır və guya həmin müqavilələr əsasında Azərbaycanla Ermənistan bir-birilərinin ərazi bütövlüyünü tanıyıb.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

 

“Paşinyanın nəzərdə tutduğu həmin müqavilələr əsas götürülsəydi, Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamamalıydı. Paşinyan Ermənistanın timsalında beynəlxalq hüququn və müqavilələrin işləməsini istəyir. Paşinyan müsahibəsində ölkəsinin NATO üzvü olmayacağını da deyib. Ermənistan təşkilata üzv ola bilməyəcəksə niyə üzvlüyü qarşısına hədəf qoymalıdır? Bu mənada Paşinyan Gürcüstan və Ukrayna torpaqlarının işğalından dərs alıb.

 

Politoloq diqqətə çatdırıb ki, onlar da illər öncə NATO üzvlüyünü qarşılarına hədəf qoydular və özləri hədəf oldular. Ancaq Paşinyanın çətinliyi ondadır ki, “Rusiya artıq müttəfiqimiz deyil” deməklə bərabər, Qərbdən gərəkən təhlükəsizlik təminatı almadığına da işarə vurub.

 

Təsadüfi deyil ki, ingilis jurnalist Paşinyanın bu durumunu nəzərə alaraq ona belə bir sual da verib: “Azərbaycanla üçüncü müharibədən qorxursunuzmu?” O, bölgədə güc nisbətinin Ermənistanın zərərinə olduğu anladığına görə, cavabda suala dəxli olmayan sözlər işlədib. Paşinyan onu da deyib ki, guya Azərbaycanla Ermənistan bir-birinə qarşı gücdən istifadə etmədiklərinə dair sənəd imzalayıblar. Əlbəttə, Azərbaycan Ermənistanla yeni müharibə istəmir, ancaq 8 kəndini geri qaytarmaq təşəbbüslərindən də imtina etməyəcək”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Samaranın keçmiş meri və xanımı güllələndi

Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnərək öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orq...

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...