\"İlhamə Quliyevanın mənə gücü çatmayıb\" - Flora Kərimova

\

"Nadir Qafarzadənin ifasını çox istəyirəm, amma ayağımı bastalayıb. Ona heç vaxt "Allah rəhmət eləsin" deməmişəm, amma indi deyirəm: Allah İlhamə Quliyevaya rəhmət eləsin. İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Ondan çox çəkmişəm. Onun mənə gücü çatmayıb. Düşmənlərim mənə deyirlər ki, ölən insanın arxasınca danışmazlar. Hər fikrimə sahib olan insanam. Doğrudan, bu dünyadan köçən insanın arxasıyca danışmazlar, yalnız həqiqətdən başqa".

 

Bu sözləri Xalq artisti Flora Kərimova "Rəngarəng səhər" verilişində deyib.

 

Müğənni mərhum həmkarı İlhamə Quliyevadan danışıb:

 

"Qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva mənə başsağlığı verən insanları evimdən qovurdu. Bu məqamları heç yadımdan çıxara bilərəm? Qızım ağlayaraq gəlib dedi ki, İlhamə xala otaqda qışqırır və evimizdə olan insanları qovur. Bu həyatı yaşamışam. İlhamə çox gözəl müğənni və gözəl səsə malik idi. O oxuyanda yanğılı oxuyurdu. Ancaq onun xasiyyəti..."

 

F.Kərimova bildirib ki, İ.Quliyeva sağlığında onunla yanaşı övladları haqqında da xoşagəlməz sözlər danışıb:

 

"İlhamə Quliyeva adama pislik edən insan idi. Ailəmin, qızımın, oğlumun haqqında o qədər sözlər danışıb ki... Mən də bunlardan sonra “şişdim, şişdim, şişdim” və sonda partladım. Olmaz belə. Heç bir sənətkar heç bir sənətkarın yerini tutmur. Bizi bir-birimizdən ayıran isə ömür boyu qazandığı nüfuzdur. Əgər sən o nüfuzu qazanmamısansa, istəyir səsin qızıldan, xasiyyətin brilyant olsun, amma səni bu millət qəbul etməyəcək. Sənə nə etmişdim ki, sən İlhamə, mənə nələr dedin və üzərimə hansı sözlər yapışdırdın. Dözdüm, dözdüm...

 

Bilirsiniz, niyə dözürdüm? Övladlarıma görə. Sonra isə bilirsiniz, niyə dözmədim, getdim üstünə? İlhamə heç diri-diri də öhdəmdən gələ bilmirdi. Heç zaman heç kimin qarşısından qaçmamışam". (Axşam.az)


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...