Dünənki qəzada yaralanan məktəbli Bakıya GƏTİRİLDİ

Dünənki qəzada yaralanan məktəbli Bakıya GƏTİRİLDİ

Ötən gün Zaqatalada baş verən-yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü İbrahim İbrahimzadə Bakıya gətirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib. 

 

Qeyd edilib ki, məktəbli əvvəlcə bədənin çoxsaylı travması diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan xəstəyə müvafiq tibbi yardım göstərilib. Bu gün saat 05.30 radələrində isə təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Vəziyyəti ağır qiymətləndirilir. 

 

Xatırladaq ki, ötən gün Zaqatala rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. Göyəm kənd orta məktəbində oxuyan şagirdlərdən Ramazan İsayev və Kamal Permadov qəzanın baş verdiyi yerdə həlak olublar. İbrahim İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Onların hamısı eyni sinfin şagirdi olub.


OXŞAR XƏBƏRLƏR

Ölkədə evlərin qiyməti bu qədər bahalaşdı - RƏSMİ

2021-2025-ci illərdə mənzil bazarında 55 % qiymət artımı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu artım Dövlət Statistika Komitəsinin rəsmi m...

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edir - FOTOLAR

Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür.   Sfera.az Trend-ə istinadən xəbər verir ki, ölkə ictimaiyyətinin nümayəndələri...

Avropa liderləri atəşkəs tələbi ilə Ukraynadadır

Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Keir Starmer və Polşa baş naziri Donald Tusk bu gün səhər saatlarında Ki...

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...