Hacı Nuran buna görə evlənmirmiş - VİDEO

Hacı Nuran buna görə evlənmirmiş - VİDEO

Tanınmış xeyriyyəçi, aparıcı Nuran Məmmədov (Hacı Nuran) şəxsi həyatı ilə bağlı danışıb.

 

Sfera.az yenisabah.az-a istinadən xəbər verir ki, “Elgizlə izlə” verilişinin qonağı olan Hacı Nuran evlənməməyinin səbəbini açıqlayıb.

 

Yanvar ayında 47 yaşı tamam olan aparıcı özünə uyğun qız tapa bilmədiyini bildirib.

 

Verilişin qonağı olan Xalq artisti Brilliant Dadaşova evliliyin heç də asan olmadığını, özünə uyğun şəxsi tapmağın çətin olduğunu qeyd edərək dostu Hacı Nuranı müdafiə edib:

 

“Evlilik çətindir. Sən əgər bir nəfərlə ailə qurursansa bütün ömrünü, evini, sevincini, kədərini o insanla bölüşməlisən. Həyat yoldaşı seçmək çox çətindir. Hacı Nurana özəl qayğı lazımdır, ona kimsə qulluq etməlidir. Xasiyyətinin tutması vacibdir, ona görə də arzu edirəm ki, dostum Nuran özünə uyğun, xasiyyəti tutan həyat yoldaşı seçsin”.

 

Həmin görüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...