“Narazılıq görmədim” – Faiq Ağayevdən seçkilərlə bağlı AÇIQLAMA

“Narazılıq görmədim” – Faiq Ağayevdən seçkilərlə bağlı AÇIQLAMA

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi davam edir. Səsvermə saat 19:00-da başa çatacaq.

 

Xalq artisti, müğənni Faiq Ağayev də bununla bağlı Sfera.az-a açıqlama verib.

 

O, hazırkı saatlarda səsvermə prosesində iştirak etdiyini deyib:

 

“Vətəndaşlar səsvermə hüququndan istifadə edir, məntəqələrdə yetərincə insanlar var idi. Hər şey çox sakitdir. Bir narazılıq müşahidə etmədim”.

 

Xalq artisti əlavə edib ki, vətəndaşlar istəyərək və gülümsəyərək səsvermədə iştirak ediblər:

 

“İnsanlar bir-birinə xoş söz deyə-deyə səs verirdi”.

 

Digər müsahibimiz Əməkdar artist, rejissor Nicat Kazımov saytımıza açıqlamasında səsvermə hüququndan istifadə etdiyini vurğulayıb:

 

“Hər şey çox normal, gözəl idi. Ümid edirəm, hamının istədiyi şəxs prezident seçiləcək. Ölkəmiz daha da gözəl günlər görəcək. Uğurlu olsun”.

 

Günay


OXŞAR XƏBƏRLƏR