ABŞ-dən Putinin Türkiyə səfərinə MARAQLI REAKSİYA 

ABŞ-dən Putinin Türkiyə səfərinə MARAQLI REAKSİYA 

ABŞ Putinin Türkiyə səfərinə reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlərin suallarını cavablandırıb.

 

O, Rusiya Prezidentinin Türkiyəyə səfəri öncəsi “Taxıl Sazişi” məsələsinə toxunub. Mətbuat konfransında çıxış edən Patel bunları bildirib:

 

“Bilirsiniz ki, Türkiyə taxıl razılaşması ilə əlaqəli təşəbbüslərdə mühüm rol oynamışdı. Bizim Ukrayna taxılı ilə bağlı kritik düşüncələrimiz davam edir. Əgər bu sahədə etibarlı irəliləyiş əldə olunarsa, bu, əlbəttə ki, alqışa layiqdir”.

 

Patel bildirib ki, hər hansı bir ölkənin Rusiyanın bəzi "zərərli davranışlarının" dayandırılmasında rol oynaya bilməsi də yaxşıdır.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Ankarada Ərdoğanla görüşəcəyi gözlənilir.

 

Günay


OXŞAR XƏBƏRLƏR