Sahibə Qafarova və Alen Simonyan İsveçrədə görüşəcək?

Sahibə Qafarova və Alen Simonyan İsveçrədə görüşəcək?

Ermənistan tərəfi martda Ermənistan və Azərbaycan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyanın İsveçrədə görüşünü mümkün sayır. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan məlumat verib.

 

Qeyd edək ki, fevralın əvvəlində Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq bəyan etmişdi ki, mart ayında İsveçrədə Ermənistan və Azərbaycan parlamentlərinin spikerləri arasında görüş keçiriləcək. 

 

Simonyan bildirib ki, Ermənistan və Azərbaycan parlament spikerlərinin martın 23-27-də planlaşdırılan görüşü ilə bağlı hələlik dəqiq təklif almayıblar, lakin belə bir formatda görüşün olması müzakirə mövzusudur.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR