Rusiya ilə sərhədin bağlanmasını uzatmaq niyyətindədirlər

Dünya
18:22 / 05.02.2024
14528
Finlandiya Rusiya ilə sərhədin bağlanmasını uzatmaq istəyir.
Sfera.az xəbər verir ki, Finlandiya hakimiyyəti qərarı fevralın 8-də ölkənin Nazirlər Kabinetinin iclasından sonra rəsmən elan edəcək.
“Sərhədin bağlanmasının uzadılması qərarı Rusiya ilə (keçid məntəqələrində) vəziyyətin dəyişməməsi ilə əsaslandırılacaq”, - nəşr bildirib.
Qeyd olunur ki, hakimiyyət orqanlarının qərarına ölkədə sığınacaq almaq istəyən miqrantların faktiki sayı təsir etmir. Məntəqələrin bağlanması nəticəsində onlar Rusiya ərazisində qalırlar.