Fransa və İsrail XİN rəhbərləri görüşdü

Fransa və İsrail XİN rəhbərləri görüşdü

Yerusəlimdə səfərdə olan Fransa xarici işlər naziri Stefan Sejurne israilli həmkarı İsrael Katzla görüşüb.

 

Sfera.az APA-a istinadən xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Katz Fransanın İsrailə verdiyi dəstəyə, özünü müdafiə etmək hüququna hörmətə və eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini dayandırdığına görə Fransa XİN rəhbərinə təşəkkür edib.

 

Katz, həmçinin fransalı həmkarından Qətərə dərmanların Qəzzada girovlara çatdığına dair sübutu təqdim etməsi üçün təzyiq göstərməsini xahiş edib.

 

Qeyd edək ki, yanvarın ortalarında Fransa və Qətər HAMAS tərəfindən Qəzzada saxlanılan israilli girovlara dərman alaraq göndərib, lakin İsrail bu dərmanların girovlara çatdığını təsdiqləyə bilməyib.

 

Xatırladaq ki, fevralın 4-də Fransa xarici işlər naziri Sejurne Misir və İordaniyada olub, regiona dörd günlük səfəri çərçivəsində Ramallah və Beyruta da səfər edəcək. O, bu gün İsraildə Baş nazir Benyamin Netanyahu, strateji məsələlər üzrə nazir Ron Dermer, milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi və müxalifət lideri Yair Lapidlə də görüşəcək.


OXŞAR XƏBƏRLƏR

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...