Sürücü yanan maşınından son anda xilas oldu

Sürücü yanan maşınından son anda xilas oldu

Şəmkirdə yük maşını yanıb. ARB TV xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.

Qazax rayon sakini 57 yaşlı Namaz Namazov idarə etdiyi  "İVECO” markalı iri tonnajlı yük avtomobili ilə Qazax rayonundan Şəki şəhərinə sement aparan zaman maşının salonu alışıb. Tək olan sürücü alovun motor hissəsindən qaynaqlandığını görərək tez maşını tərk edib.

Hadisə yerinə Şəmkir Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın tez bir zamanda söndürülsə də, yük maşınına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.
 



OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...