FHN bəzi müəssisələrin lisenziyalarını LƏĞV ETDİ

FHN bəzi müəssisələrin lisenziyalarını LƏĞV ETDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

 

Bu barədə Sfera.az-a FHN-dən məlumat verilib.

 

Bu məqsədlə Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

 

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Ecfire” və “Active Solutions” Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub.

 

Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olunmayıb.

 

Qeyd edək ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır.

 

Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən adı çəkilən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub.

 

Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.


OXŞAR XƏBƏRLƏR

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...