Çexiya XİN vətəndaşının Ermənistandan Azərbaycana keçdiyini TƏSDİQLƏDİ

Çexiya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşının Azərbaycanla sərhədi keçən vaxt saxlanılmasını təsdiqləyib.
Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariana Vernerova bildirib.
O qeyd edib ki, Çexiyanın Bakıdakı səfirliyi hazırda konsulluq görüşünü istəyir.
“Biz Çexiya vətəndaşının saxlandığını təsdiqləyirik. Saxlanmaya səbəb kimi onun sərhədi qanunsuz keçməsi göstərilir. Çexiya XİN onun ailəsi ilə əlaqə saxlayır”, - deyə vurğulayıb.
Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb.
Elə həmin gün müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib.
Hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir.