Bakıda 40 minlik "Rolex"i oğurlayan şəxs 21 il həbsdə yatan Hafiz imiş - VİDEO

Bakıda 40 minlik

Bakıda 40 min manat dəyərində "Rolex" markalı qol saatı oğurlayan şəxs məşhur oğru Hafiz Qocayev imiş.

 

Sfera.az xəbər verir ki, hadisəni törədən 1971-ci il təvəllüdlü Qax rayon sakini Hafiz Qocayev ömrünün ən azı 21 ilini həbsxanada keçirib. 

 

O, aviasiya üzrə ali təhsil alıb. Subay olub. 

 

Hafiz Qocayev 1989-cu ildə "Vasmoy bazarı"nın qarşısında 3 nəfərin ölümü ilə nəticələnən qəzaya görə həbs olunub. 1999-cu ildə narkotik satdığına görə həbsə düşüb. 2005-ci ildən azadlığa çıxıb və kafe işlədib. 2014-ci ildə yenə oğurluq mal satdığına görə həbs olunub.

 

 

Bir neçə il əvvəl ARB TV-nin "Rezonans" proqramında Hafiz Qocayevin həyat hekayəsi yayımlandıqdan sonra həbsdən azad edilib. 

 

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində "Rolex" markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb. (Qaynarinfo)



OXŞAR XƏBƏRLƏR

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...