Putinin Türkiyəyə səfər proqramı açıqlandı

Putinin Türkiyəyə səfər proqramı açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A-haber” telekanalının efirində bildirib.

 

O, qeyd edib ki, səfər çərçivəsində Rusiya-Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır.

 

"Prezidentlərimiz mütəmadi olaraq ünsiyyətdədir. Qarşıdan gələn səfər zamanı qaz, enerji sektorunda əməkdaşlıq, “Akkuyu” AES-in tikintisi, hər zaman gündəmdə olan taxıl dəhlizi, Ukraynada nizamlanma, regional məsələlər, xüsusilə Qəzzadakı vəziyyətin müzakirəsi planlaşdırılır", - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri deyib.

 

Bundan əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin Türkiyəyə səfərinə hazırlıq görülür və Kreml ən yüksək səviyyədə təmasların tarixini vaxtında açıqlayacaq. (Report)


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...