Ronaldonu əvəzlədi, Messini məğlub etdi - “Əl-Nəsrin”in yeni qələbəsi

İdman
12:10 / 02.02.2024
4971
Səudiyyə Ərəbistanında keçirilən Ər-Riyad Mövsüm Kubokunda "Əl-Nəsr" və "İnter Mayami" komandaları üz-üzə gəlib.
Sfera.az bildirir ki, meydan sahiblərinin portuqaliyalı ulduzu Kriştiano Ronaldo zədə aldığı üçün oyunda iştirak etməyib.
MLS təmsilçisinin ulduzu Lionel Messi oyuna 83-cü dəqiqədə qoşulub. Nəticədə "Əl Nəsr" 6:0 hesabı ilə qalib gəlib. Kritik matçda Anderson Talişka xüsusilə fərqlənib.
Qeyd edək ki, “Əl-Nəsr”ə qələbə qazandıran qolları 3-cü dəqiqədə Otavio, 10, 51 və 73-cü dəqiqələrdə Anderson Talişka, 12-ci dəqiqədə Laport, 68-ci dəqiqədə Maran vurub.
Fatimə Lətif