Rəhman Orxan vəfat etdi

Cəmiyyət
07:30 / 02.02.2024
3524
Əməkdar jurnalist Rəhman Orxan vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Jurnalist bu gün uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemlərdən əziyyət çəkən jurnalist bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, o, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.