Cəlilabadda 2 ayda 2222 nəfərə qızılca peyvəndi vuruldu

Cəlilabadda 2 ayda 2222 nəfərə qızılca peyvəndi vuruldu

Cəlilabad rayonunda noyabr ayından bugünədək 446 nəfər qızılcaya yoluxub.

 

Sfera.az-ın Report-a istinadən məlumatına görə, qızılcaya yoluxanlardan 290 nəfəri 18 yaşdan kiçik, 156 nəfəri isə 18 yaşdan böyükdür.

 

Hazlrda aktiv xəstə sayı 48 nəfərdir. Xəstələrdən 5-i stasionar şəraitdə müalicə olunur.

 

Rayon üzrə son iki ayda QPM peyvəndi vurulan uşaqların sayı 2 222 nəfərdir. Ötən gün QPM peyvəndi 22 azyaşlıya vurulub.

 

Qeyd edək ki, yanvarın 31-də 5 nəfər bu virusa yoluxub.


OXŞAR XƏBƏRLƏR