Ermənistanın aviaşirkəti Rusiyaya uçuşları dayandırıb

Dünya
23:21 / 29.01.2024
4493
Ermənistanın “Fly Arna” aviadaşıyıcısı əməliyyat dəyişiklikləri ilə əlaqədar uçuşları dayandırıb.
Sfera.az xəbər verir ki, bu barədə aviaşirkətdən məlumat yayılıb.
“Fly Arna” aviaşirkətinin uçuşları davam edən əməliyyat dəyişiklikləri səbəbindən hazırda dayandırılıb. Aviaşirkət sərnişinlərə xidmətlərin sürətlə bərpası üçün çalışır”, - məlumatda deyilir.
Qeyd edək ki, “Fly Arna” 2021-ci ilin sentyabrında təsis edilib. O, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Air Arabia” və Ermənistanın Dövlət Maraqları Fondu tərəfindən təsis olunub. Aviaşirkət Rusiyaya uçuşlar həyata keçirib.