Narkotik ticarətinə qarşı mübarizə - Kokaini qanuniləşdirmək istəyirlər

Narkotik ticarətinə qarşı mübarizə - Kokaini qanuniləşdirmək istəyirlər

Amsterdam kokainin satışını və istifadəsini qanuniləşdirmək istəyir.


Hakimiyyət hesab edir ki, bu yolla narkotikin satışından milyardlarla gəlir əldə edən cinayətkar kartellərin fəaliyyətini poza biləcəklər.


Sfera.az bildirir ki, Hollandiya paytaxtının meri Femke Halsemanın sözlərinə görə, narkotikin satışı ilə onilliklər ərzində mübarizə aparılsa da, qara bazar inkişaf etməkdə davam edir. Ötən il gömrükçülər Rotterdamda 59 min kq-dan çox, Antverpendə isə təxminən 116 min kq kokain müsadirə ediblər.
 

Yanvarın 26-da şəhər meri kokainin leqallaşdırılması məsələsi ilə bağlı ictimai müzakirə təşkil edib. Halsema deyir ki, narkomaniya ilə mübarizə azğın və “məhsuldardır”.
 

"Etiraf edək ki, yüz illərlə aparılmış repressiya ciddi nəticələr vermədi. Görünür, insanların stimullaşdırıcılara ehtiyacı olduğu üçün, "qara bazar" var"- deyə o etiraf edib.
 

Amsterdam meri onu da qeyd edib ki, həmkarları, iri narkotik ticarəti mərkəzləri Rotterdam və Antverpen liman şəhərlərinin rəhbərləri onu dəstəkləməyəcəklər. Rotterdam merləri Əhməd Aboutaleb və Antverpen Bart de Wever bir il əvvəl kokainin leqallaşdırılmasına qəti şəkildə qarşı çıxıblar.

"Qanuni narkotiklər, alkoqol və nikotin artıq yüz minlərlə ailəni məhv edir. Bu siyahıya daha sərt narkotikləri əlavə etmək tamamilə əxlaqsızlıq olardı"- de Wever öz mövqeyini izah edib.
 

Halsemanın fikrincə, narkotik istifadəsi ilə bağlı emosional və əxlaqi mühakimələr müzakirəyə kömək etmir.


"Narkomaniya geniş yayılıb, sadəcə bazara baxmaq kifayətdir. Əgər əhalinin sağlamlığı üçün risklər varsa, bazarı cinayətkarların öhdəsinə buraxmaq olmaz"- mer deyib.

Hollandiyalı ekspertlərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən əldə edilən gəlirlər ildə təxminən 3 milyard avro təşkil edir. Bu pulların yuyulması lazımdır. Cinayətkarların daşınmaz əmlak məsləhətçiləri, notariuslar və hüquqşünaslarla əməkdaşlıq etməsi isə danılmaz faktdır.
 

Rotterdamda gömrük işçiləri 2023-cü ildə 59,116 kiloqram kokain müsadirə ediblər, halbuki on il əvvəl bu rəqəm 10,000 kiloqram idi. Keçən il Antverpen digər şəhərlər arasında rekorda imza atıb. Burada təxminən 116 min kiloqrama yaxın kokain aşkar edilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...