Aktivistlər “Mona Liza” üzərinə şorba tökdülər - VİDEO
Ekologiya fəalları Leonardo da Vinçinin Luvrda saxlanılan “La Gioconda” tablosuna şorba töküblər.
Sfera.az bildirir ki, iki qızın aksiyasının məqsədi sağlam və davamlı qidalanma hüququnu tələb etmək olub. Onlar : “kənd təsərrüfatı sistemi xəstədir”-deyə qışqırıblar. Xoşbəxtlikdən, qoruyucu şüşə şah əsəri zədələnmədən xilas edib. Qeyd edək ki, dünyaca məşhur tablo artıq illərdir ki, oğurluq və s. vandalizm hallarını nəzərə almaqla, qalın zirehli şüşə ilə qorunur.
X sosial şəbəkəsində (keçmiş Twitter) yayımlanan videogörüntülərdə iki qadının Leonardo da Vinçinin şah əsərini qoruyan şüşəyə butulka atması və tabloya yaxınlaşmaq üçün təhlükəsizlik baryerinin altından yeriməsi görünür. Qızlar tablonu qoruyan hasardan keçərək Leonardo da Vinçinin portretinə plastik butulkadan şorba atıblar. Daha sonra Luvr əməkdaşlarının “Mona Liza”nın qarşısına qara panellər yerləşdirərək ziyarətçilərdən zalı boşaltmağı xahiş etdikləri görülüb.
Videogörüntülərdən o da görünür ki, rəsmin üzərinə yemək tökən qızlar Riposte Alimentaire loqosu olan ağ köynəklərdə olublar. Dernier Renovation ətraf mühit qrupunun bir qolu olan bu aktivistlər, özünü iqlim və sosial səviyyədə "Cəmiyyəti kökündən dəyişdirmək üçün Fransa vətəndaş müqaviməti kampaniyası" kimi təsvir edir.
Xatırladaq ki, Leonardo da Vinçinin məşhur portreti ilk dəfə deyil ki, vandallıqdan əziyyət çəkir. Belə hallar mütəmadi olaraq, hər il təkrarlanır. 2022-ci il may ayının sonunda əlində tortu olan bir adam da “Mona Liza”ya hücum edib. Hadisə şahidlərinin dediyinə görə, o, əvvəlcə qoruyucu şüşəni sındırmağa çalışıb, nəticə vermədikdə isə onu tort parçası ilə ləkələyib. Bundan əlavə, o, rəsmin yaxınlığındakı əraziyə qızılgül ləçəkləri ilə səpib, bundan sonra mühafizəçilər onu tutub yıxıblar.
Eco activists throw soup at Mona Lisa at the Louvre in Paris. It is unlikely that the painting was damaged since it's protected by a glass.#MonaLisa pic.twitter.com/NPIlG97spu
— Annu Kaushik (@AnnuKaushik253) January 28, 2024