Putin və Lukaşenko media şirkəti yaradır: "Güclü, müasir olacaq"
Dünya
19:31 / 29.01.2024
5845
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko “Union State” media şirkətinin yaradılması haqqında fərman imzalayıblar.
Sfera.az bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.
Sənəd Ali Dövlət Şurasının iclasında imzalanıb. Razılaşma bazar ertəsi, yanvarın 29-da Sankt-Peterburqda əldə olunub.
Lukaşenko bəyan edib ki, prezidentlər media holdinq yaratmaq barədə razılığa gəliblər və bu, onların ümumi ideyası olub. Belarus liderinin sözlərinə görə, o, güclü və müasir olmalıdır.
Həmin görüşdə Putin Rusiya ilə Belarus arasında münasibətlərin bütün istiqamətlərdə inkişaf etdiyini bildirib.
İnci