“Mançester Yunayted”in məğlub komandaya sürprizi GÜNDƏM OLDU - VİDEO
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq, həmkarı "Nyuport Kaunti"nin baş məşqçisi Qrem Koflana gözlənilməz hədiyyə verib.
Sfera.az bildirir ki, o, bunu İngiltərə kubokunun 1/8 final matçından sonra edib.
Hollandiyalı mütəxəssis həmkarına bir şüşə bahalı “Antinori Tiqnanello” şərabı verib. Koflanın reaksiyası isə sosial şəbəkələrdə yayılıb. Baş məşqçi şərab içmədiyini, daha çox pivə sevdiyini vurğulayıb.
Xatırladaq ki, “Mançester Yunayted” “Nyuport”a 4:2 hesabı ilə qalib gələrək, 2023/2024 mövsümünün İngiltərə kubokunun növbəti mərhələsinə addımlayıb. Bundan əvvəl İngiltərə kubokunun 1/8 final mərhələsinə "Bornmut", "Mançester Siti", "Meydstoun Yunayted", "Lester Siti", "Luton Taun", "Nyukasl Yunayted", "Vulverhempton" və "Liverpul" çıxıb.
Fatimə Lətif