Finlandiyada prezident seçkiləri ikinci tura qaldı - SƏBƏB
Dünya
14:02 / 29.01.2024
5228
Finlandiyada prezident seçkilərinin birinci turunun nəticələri açıqlanıb.
Sfera.az "BBC”yə istinadən xəbər verir ki, namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməyib. Bu isə qalibin fevralın 11-də keçiriləcək ikinci turda müəyyənləşəcəyi deməkdir.
İkinci turda ölkənin keçmiş baş naziri Aleksandr Stub və keçmiş xarici işlər naziri Pekka Haaviston mübarizə aparacaq. Qeyd edək ki, onların hər ikisi (eləcə də digər namizədlər) Rusiyaya qarşı sərt mövqe sərgiləyib.
Səslərin hesablanmasına görə, seçicilərin 27%-i Stubi, demək olar ki, 26%-i isə "Yaşıllar" Partiyasını təmsil edən Haavistonu dəstəkləyib. Üçüncü yerdə seçicilərin təxminən 19%-nin səs verdiyi “Əsl Finlər” partiyasının ifrat sağçı namizədi Yusi Halla-aho qərarlaşıb.
Əzizə