İran yenidən ABŞ-nin HƏDƏFİNDƏ: Bayden İordaniyadakı hücuma necə cavab verəcək? 

İran yenidən ABŞ-nin HƏDƏFİNDƏ: Bayden İordaniyadakı hücuma necə cavab verəcək? 

Yanvarın 28-i İordaniyanın şimal-şərqində pilotsuz uçuş aparatı ilə ABŞ hərbi bazasına hücum edilib. Hadisə nəticəsində 3 amerikalı əsgər həlak olub. Son məlumata görə, xəsarət alan hərbçilərin sayı isə 34-ə çatıb. Digər tərəfdən, İranın BMT-dəki nümayəndəsi hücumla əlaqələrinin olmasını təkzib etsə də, İraqda fəaliyyət göstərən Tehran dəstəkli qruplaşma, məsuliyyəti üzərinə götürüb.

 

Maraqlıdır, ABŞ-nin İrana cavabı necə olacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, İordaniyada ABŞ bazasına edilən son hücum yeni və daha böyük regional gərginliyin müjdəçisidir:

 

“ABŞ-də əksər siyasi qüvvələr Bayden administrasiyasından birbaşa İranın hədəfə alınmasını istəyir. Respublikaçılar vəziyyətdən istifadə etmək istəyirlər. Bu, Tramp üçün əla fürsətdir. Bayden bu dəfə də əməlli addımlar atmasa, bu, onun imicinə çox pis təsir edəcək. ABŞ-nin bəzi siyasi rəsmiləri İran ərazisinin bombalanmalı olduğunu düşünür. İnanmıram ki, Bayden seçki öncəsi buna getsin”.

 

Ekspert bildirib ki, artıq Bayden administrasiyası İran dəstəkli regional qruplara qarşı əməliyyata başlamağa məcburdur:

 

“Bayden İran qarşında sakit durmaqla Donal Trampı Ağ Evə çox yaxınlaşdırır. Ümumiyyətlə, Yaxın Şərqdə yeni və daha güclü hərbi əməliyyatları görmək ehtimalı böyükdür. ABŞ-nin hizbullah və husilərə qarşı geniş əməliyyata başlaması an məsələsidir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...