Zelenski Ukrayna ordusunda xidmət edənlərin sayını AÇIQLADI
“Ukrayna Silahlı Qüvvələrində 880 min nəfər xidmət edir”.
Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “YouTube” kanalında yayımladığı müsahibəsində açıqlayıb. Xaricə gedən ukraynalıların hərbi xidmətə cəlb edilməsi ilə bağlı sualı cavablandıran Zelenski “880 minlik ordumuz var, milyonluq ordumuz var” deyib.
Ukrayna lideri əlavə edib ki, Kiyev səfərbərlik yaşında olan vətəndaşları geri qaytarmaq istəyir. “Hər kəs müharibəyə getməli deyil, bu, ədalət məsələsidir. İnsanlar Ukraynada işə qayıtmalı və vergi ödəməlidirlər", həmçinin o deyib.
Qeyd edək ki, bundan əvvəl Ukraynada 18-25 yaş arası bütün vətəndaşlar üçün əsas hərbi xidmətin tətbiqi ilə bağlı fikirlər bildirilmişdi. Ali Radanın deputatı Eqor Çernev bu barədə təklif vermişdi. Məlumata görə, bu proses üç aylıq hazırlığı - əsas kursu, həmçinin iki aylıq peşə hazırlığını əhatə edən çağırış xidmətini əvəz edəcək.
Əzizə