Bu il pensiya kapitalı nə qədər ARTACAQ? - Deputat AÇIQLADI

Bu il pensiya kapitalı nə qədər ARTACAQ? - Deputat AÇIQLADI

Yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Bu barədə “Əmək pensiyaları haqqında” qanunda qeyd olunub.

 

Bəs bu il pensiya kapitalları nə qədər artacaq?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən deputat, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq:


““Əmək pensiyaları haqqında” qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Bu, həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımdan vacibdir”.

 

Millət vəkili qeyd edib ki, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub:

 

“Bu, o deməkdir ki, vətəndaşların pensiya kapitalı 8.8 faiz artırılacaq. Yəni, vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti bu il 4 min 400 manat olacaq.  Qeyd edim ki, pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir. Əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı gözlənilir. Hər iki göstərici ilə bağlı sərəncamın Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...