Tək bir orfoqrafik səhvə görə həbs olundu - FOTO

Tək bir orfoqrafik səhvə görə həbs olundu - FOTO

Böyük Britaniya sakini tək bir orfoqrafik səhvə görə dəmir barmaqlıqlar arxasına düşüb.
 

Sfera.az bildirir ki, məhkəmə 48 yaşlı Gary Youngun (Qari Yanq) keçmiş sevgilisi ilə əlaqə saxlamasına qadağa qoyub. O isə başqasının hesabından istifadə edərək sevgilisinə mesaj yazmağa davam edib.
 

Qadın öz təqibçisini yazı tərzindən, xüsusən də xarakterik orfoqrafik səhvlərindən tanıyırdı. Kişi həmişə "Somerset" (Somerset - Sommerset) sözünü səhv yazıb. Qadının polisə şikayətindən sonra Yanq həbs edilib.
 

Əvvəlcə Qari Yanq günahını inkar etsə də, polis ondan “Somerset” sözünü yazmasını istəyib. Məhkəmə qaydasını pozduğuna görə britaniyalı kişi bir il müddətinə azadlıqdan məhrum edilib.
 

Qadın daha sonra keçmiş həyat yoldaşı ilə əlaqə saxladığını, kişinin sərxoş olduğunu və xoş niyyətlə ona yazdığın; deyib.
 

Yanq isə həbs qətimkan tədbirini pozduğuna görə bir il müddətinə azadlıqdan məhrum edilib.
 

Sonda müttəhim də mesajlarda zərərli bir şey göndərmədiyini, zərərçəkənə yaxşılıq arzuladığını və həyatına davam etmək istədiyini bildirib.
 

Yanq 9 il əvvəl də telefon zəngləri ilə başqa bir qadına açıq-aşkar təcavüz etməkdə təqsirli bilinib.

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...

Bakı şəhər prokuroru: "Paytaxtda adam oğurluğu artıb"

"Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci ...