Ərdoğan: İranla münasibətlərimizə son qoymayacağıq

Ərdoğan: İranla münasibətlərimizə son qoymayacağıq

Sanksiyalar səbəbindən qonşumuz İranla iqtisadi və ticarət əlaqələrimizə son qoymadıq, bundan sonra da son qoymayacağıq.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə – İran Biznes Forumunda açıqlayıb.

 

Eyni zamanda, Türkiyənin dövlət başçısı qeyd edib ki, Ankara birtərəfli sanksiyaları qəbuledilməz hesab edir:

 

“Tarix boyu sivilizasiyaların beşiyi olmuş ölkələrimiz arasında köklü əlaqələr mövcuddur. Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün ciddi potensial görürük. Biz cənab Rəisi ilə əməkdaşlığımızın inkişafını bir daha təsdiqlədik. Türkiyə olaraq prinsipial mövqeyimizi qoruyuruq”.

 

“İki regional güc olan Türkiyə və İran inkişaf və sabitlik üçün əməkdaşlığını irəli aparmalıdır. İranla 30 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqda qətiyyətliyik”, – Ərdoğan vurğulayıb.

 

Türkiyə lideri həmçinin İranın Kirman ostanındakı silahlı insidentlə əlaqədar İran tərəfinə başsağlığı verib.

 

Xatırladaq ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub.


OXŞAR XƏBƏRLƏR

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub - FOTO

Mayın 11-də Xızı, Quba, Qax və Yevlax rayonlarında yaşayan uşaq və yeniyetmələr üçün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi ...

Prezident onu yenidən rektor təyin etdi - FOTO

Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti ...