Səudiyyədə ilk spirtli içki mağazası açılır

Dünya
20:26 / 24.01.2024
5472
Səudiyyə Ərəbistanında alkoqollu içkilərin satıldığı ilk mağaza açıla bilər.
Sfera.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Bildirilib ki, Ər-Riyaddakı mağaza yalnız müsəlman olmayan diplomatlara xidmət göstərəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır.