“Sehrli xalat”ın vəfat edən məşhur aktyoru haqda MARAQLI FAKTLAR

“Sehrli xalat”ın vəfat edən məşhur aktyoru haqda MARAQLI FAKTLAR

Xəbər verdiyimiz kimi, “Sehirli xalat” filmindəki "Rəşid" obrazı ilə məşhurlaşan aktyor Azər Qurbanov vəfat edib.

 

Sfera.az Azər Qurbanov haqqında maraqlı faktları təqdim edir:

 

Əslən Gəncə şəhərindən olan A. Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda 225 saylı orta məktəbdə rus dilində alıb. Sonra 8 il Moskvada təhsil alıb və Sankt-Peterburqda, Odessada yaşayıb. Buna görə də, o, Azərbaycan dilində demək olar ki, danışa bilməyib. Aktyor 7 yaşında “Bir məhəllədən iki nəfər” filmində çıxış edib. Daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.

 

Ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner “Rəşid” obrazı gətirib. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirib. Bakıda cəmi on il yaşayan Azər Qarabağ münaqişəsi başlananda, yenidənqurma vaxtı dostlarının dəvəti ilə ABŞ-yə gedib. Ancaq səfər qısa müddətlik olsa da, Azər ABŞ-də qalmağa qərar verib. Orada şəxsi bizneslə məşğul olan Azər onlayn satışla məşğul olub. Həmçinin, o, fiziki məhdudiyyətli şəxslərin həkimə, xəstəxanaya aparılmasına yardım edən şirkətin sahibkarı olub. 1983-cü ildə elə Amerikada ailə həyatı quran Azərin bir oğlu dünyaya gəlib. Azərin qardaş və bacısı Bakıda qalmağa üstünlük versə də, anası ABŞ-yə köçüb . 2012-ci ildə onun anası ABŞ-də dünyasını dəyişib və orada dəfn olunub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...