Abşeronda şəhid Vüqar Eyvazov 35-ci doğum günündə yad edildi - FOTOLAR

Abşeronda şəhid Vüqar Eyvazov 35-ci doğum günündə yad edildi - FOTOLAR

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olan Eyvazov Vüqar Eyvaz oğlu 35-ci doğum günündə yad edilib.

 

Sfera.az xəbər verir ki, anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və şəhid ailələri iştirak edib. İştirakçılar Fəxri Xiyabanda vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarlarını ziyarət edib, tər güllər düzərək ruhlarına dualar oxuyublar.

 

Şəhid V.Eyvazovun ailə üzvləri ilə görüşən RİH başçısı Abdin Fərzəliyev ailənin qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, xalqımızın qalib gəldiyi 44 günlük müharibədə minlərlə qəhrəman oğullarımız silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşüb. 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və“Cəsur döyüşçü” medallarına layiq görülən kapitan Eyvazov Vüqar Eyvaz oğlu da həmin qəhrəmanlardan biri olub. V.Eyvazovun da böyük şücaət göstərdiyi antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyün tam təmin edilib.

 

Şəhid V.Eyvazovun ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.


OXŞAR XƏBƏRLƏR

Trampın nəvəsi 18 yaşını belə qeyd etdi - VİDEO

ABŞ Prezidenti Donald Trampın nəvəsi Kai Tramp 18 yaşını maraqlı formada qeyd edib. Gənc Tramp bu əlamətdar gündə “TikTok” hesabında paylaşdığı rəqs...

4-cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.   ...

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...