Stresdən xilas olmağın ən rahat yolu – Mütəxəssis AÇIQLADI 

Stresdən xilas olmağın ən rahat yolu – Mütəxəssis AÇIQLADI 

“Kontrast duş stresdən xilas olmağın ən rahat yoludur”.

 

Sfera.az bildirir ki, bunu rusiyalı terapevt Polina Lepilova deyib. Onun sözlərinə görə, kontrast duş həm də fiziki və əqli sağlamlıq baxımından faydalıdır:

 

“Qaynar su qan dövranını normallaşdırır, daxili orqanların aktivləşməsinə kömək edir. Soyuq su isə qan damarlarını daraldır, əzələ tonusunu artırır və immunitet sistemini dəstəkləyir. Bu, stress və yorğunluğu aradan qaldırmağa, həmçinin əhvalınızı yaxşılaşdırmağa imkan verir. Bundan əlavə, kontrast duş bədənin maddələr mübadiləsini aktivləşdirməyə kömək edir. Bu isə çəki azaltmağa və ümumi enerjinin normallaşmasına kömək edir”.

 

Mütəxəssis qeyd edib ki, sözügedən prosedur həm də dərinin vəziyyətinə müsbət təsir edir:

 

“Dərini gücləndirir, elastikliyini və xarici təsirlərə qarşı müqavimətini artırır. Kontrast duşun sinir sisteminə də təsiri var. Belə ki, yatmazdan əvvəl rahatlamağa və yuxunun keyfiyyətinin düzəlməsinə kömək edə bilər. Lakin kontrast duşlar ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi və ya digər sağlamlıq problemləri olan insanlar üçün tövsiyə edilmir. Əgər şübhə edirsinizsə və ya xroniki bir xəstəliyiniz varsa, bu üsuldan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir”.

 

Qeyd edək ki, kontrast duş - növbəli olaraq isti və soyuq duşun altında dayanmaqdır.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...