Tramp Ağ Evin BİR ADDIMLIĞINDA: “Bayden məğlub ola bilər”

Tramp Ağ Evin BİR ADDIMLIĞINDA: “Bayden məğlub ola bilər”

“Tramp prezident seçkilərində Baydeni məğlub edə bilər”.

 

Sfera.az bildirir ki, bunu siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə, bu, keçmiş Ağ Ev rəhbəri üçün elə də çətin olmayacaq:

 

“Bunun üçün bir neçə səbəb var. Rusiyanın Ukraynada artan fəallığı və Qərbin Kiyevə normal dəstək verə bilməməsi; Suriyada Rusiya və İranın Qərbi sıxışdırması; Qırmızı dənizdə husilərin ABŞ gəmilərinə artan hücumları; Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsi; Benyamin Netenyahunun ABŞ-nin təklif etdiyi “iki dövlətli həll” prinsipindən imtina etdiyini açıqlaması; ABŞ iqdisadiyyatının sürətli şəkildə zəifləməyə başlaması bu səbəblər arasında yer alır”.

 

Ekspert bildirib ki, bütün bu amillər Trampın gücünü artırır:

 

“Əgər süpriz baş verməsə, Donald Tramp Co Baydenə təhvil verdiyi Ağ Evi ondan geri alacaq. Ancaq hələ ki, seçkiyə aylar var. Bu müddət ərzində baş verənləri gözləmək lazımdır. Baydenin və komandasının üzərinə böyük məsuliyyət düşür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...