İmamoğlunun İYİ partiyadan olan rəqibi Buğra Kavuncu kimdir? - DOSYE

İmamoğlunun İYİ partiyadan olan rəqibi Buğra Kavuncu kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Türkiyədə İYİ Partiya İstanbul üzrə bələdiyyə seçkilərində namizədinin adını açıqlayıb. Sözügedən partiya 31 mart bələdiyyə seçkilərində İstanbulda ən güclü rəqib Ekrem İmamoğlunun qarşısına Buğra Kavuncu ilə çıxacaq.


Buğra Kavuncu kimdir? 

 

Sfera.az Buğra Kavuncunun dosyesini təqdim edir: 


B.Kavuncu 1973-cü ildə Ankarada anadan olub. O, siyasətçi və iş adamıdır. 


Tam adı Satuk Buğra Kavuncu olan siyasətçi Edmenton İbtidai məktəbində başladığı təhsil həyatına Ankara Çizmeci İbtidai məktəbini və Ankara Atatürk Liseyini bitirərək davam edib.

 

1997-ci ildə Ankara Universitetinin Kənd Təsərrüfatı İqtisadiyyatı fakültəsini bitirərkən peşəkar karyerasına Qazaxıstanın Almatı şəhərində inşaat kimyası sahəsində başlayıb. 

 

O, satış, marketinq və investisiya sahəsindəki bilik və təcrübəsi sayəsində qısa müddətdə uğur qazanıb. 1997-ci ildə "USTA LLP"ni quraraq tikinti kimyasına qoyduğu sərmayələrlə Orta Asiyada şirkətinin böyüməsində mühüm rol oynamışdır.

 

2008-ci ildə şirkətini uğurla satdıqdan sonra o, "BASF Construction Chemicals Central Asia LLP"nin baş meneceri, daha sonra 2010-cu ilə qədər BASF Mərkəzi Asiya üzrə baş menecer kimi korporativ dünyada mühüm vəzifələri icra edib. Orta Asiyada işlədiyi müddətdə o, rus, ingilis və qazax dillərini mükəmməl bilib.

 

O, 2010-cu ildə "BASF Construction Chemicals" şirkətində MDB ölkələri üzrə direktor vəzifəsində İsveçrə, 2012-2016-cı illərdə isə Türkiyədə çalışıb. 2016-cı ilin yanvarından 30 mart 2018-ci ilə qədər "BASF Türk Kimya"da CEO kimi fəaliyyət göstərib.

 

Buradakı korporativ karyerasından sonra 5 aprel 2018-ci ildə  İYİ Partiyasında siyasi həyatına başlayıb. O, Orxan Kavuncunun oğlu və Ənvər Altaylının qardaşı oğludur.

 

 İYİ Partiya Ümumi Məclisinin üzvü seçilən Buğra Kavuncu İstanbul bölgə sədri və partiya sözçüsü vəzifələrində çalışıb. O, 2022-ci ildə İYİ Partiyanın İstanbul bölgə sədri vəzifəsindən ayrılıb və 2023-cü ildə Seçki kampaniyasından məsul olan sədrin baş müşaviri vəzifəsinə təyin edilib.

 

Hazırda İYİ Partiyası sədrinin baş müşaviri vəzifəsində çalışır.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...

"Unibank" nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb etdi

"Unibank" beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşl...

Bu komissiyanın tərkibində dəyişiklik edildi

Prezident İlham Əliyev 21 fevral 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə...